Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsinin sədri Türkiyədə keçirilən Beynəlxalq Ramazan tədbirlərində – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2015 • Baxış sayı: 416 dəfə • Şərh yoxdur
Share Button

1437638328_dsc_2519-kopiya 1437638343_dsc_2360 1437638368_dsc_2529

Sumqayıt Bələdiyyəsinin və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri professor Əbülfəz Babayev bugünlərdə Türkiyənin Keçiörən Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 6-cı Beynəlxalq Ramazan şənliklərində iştirak etmişdir.

 

Bir çox müsəlman ölkələri nümayəndələrinin iştirak etdiyi bayram tədbiri çərçivəsində “Azərbaycan Evi”nin açılışı Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının yeni bir nümunəsi kimi özünün xüsusi əhəmiyyəti ilə daha yaddaqalan olmuşdur.

 

Təntənəli açılış mərasimində təşkilatçı bələdiyyənin – Keçiörən Bələdiyyəsinin sədri Mustafa Ak, ölkəmizin Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyənin millət vəkili Orxan Atalay və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev çıxış etmişlər.

 

Ramazan tədbirləri zamanı “Azərbaycan Evi”nə gələn qonaqlar ölkəmizin tarixini, mədəniyyətini, iqtisadi uğurlarını əks etdirən fotolar və digər eksponatlarla tanış olmuşlar. Qonaqlara nəfis şəkildə çap olunmuş “Heydər Əliyev” və “İlham Əliyev” kitabları, respublikamızın nailiyyətlərini təşviq edən müxtəlif jurnallar və bukletlər hədiyyə edilmişdir.

 

Tədbir Azərbaycanın musiqi kollektivlərinin geniş və rəngarəng  proqramlı konserti ilə başa çatmışdır.

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın