Menu
Geri İrəli

Sumqayıt Dövlət Dram Teatrının binası əsaslı təmir olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2016 • Baxış sayı: 453 dəfə • Şərh yoxdur

sumqayit_dram_teatriHüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının binası əsaslı təmir olunur.

Teatrın direktoru İslam Həsənov AZƏRTAC–a bildirib ki, təmir dövründə teatr bağlanmayacaq. Təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan aparılacaq. Teatrda məşqlər aparılır, tamaşalar nümayiş etdiriləcək.

Hazırda truppa Albert Kamyunun “Kaliqula” əsəri əsasında hazırlanan tamaşanın məşqlərində iştirak edir. Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmovun quruluş verdiyi səhnə əsəri bu ilin ilk aylarında tamaşaçılara təqdim olunacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın