Menu
Geri İrəli

Sumqayıt Dövlət Dram Teatrının direktoru fəxri ada layiq görülüb

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Mart 2017 • Baxış sayı: 386 dəfə • Şərh yoxdur

islamPrezident İlham Əliyev Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə Azərbaycan Respublikasının fəxri adları verilib.

Sumqayıt Dövlət Dram Teatrından “Yenisumqayit.az”a bildirilib ki, Teatrın direktoru İslam Həsənov da Prezident tərəfindən əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Qeyd edək ki, İslam Həsənov 2014-cü ilin mart ayından Sumqayıt Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın