Menu
Geri İrəli

Sumqayıt Dövlət Dram Teatrının yeni mövsümdəki tamaşaların SİYAHISI

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2016 • Baxış sayı: 1,062 dəfə • Şərh yoxdur

teatryeniSumqayıt Dövlət Dram Teatrı yeni mövsümdə, teatrın təmirdən çıxmış binasında nümayiş etdiriləcək tamaşaların siyahısını açıqlayıb.

 SİA-nın məlumatına görə, yeni teatr mövsümündə Sumqayıt Teatrında görkəmli yazıçı-dramaturq Hüseyn Cavidin “Ana” birpərdəli mənzum dramı hazırlanacaq. Həmçinin teatrda polyak dramaturgiyasına müraciət olunacaq.

Türk dramaturqu Turqut Özakmanın “Ocaq” əsəri əsasında tamaşa hazırlanacaq. Sumqayıt Teatrında azyaşlı tamaşaçılar da, yaddan çıxarılmayıb. Belə ki, teatrda Abdulla Şaiqin “Tülkü həccə gedir” və Q.Xuqayevin “Bir köpək vardı” uşaq tamaşaları səhnəyə qoyulacaq.

Qeyd edək ki, yeni hazırlanacaq tamaşalar Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə əsaslı təmir olunan və ən müasir tələblərə cavab verən yeni teatr ocağında teatrsevərlərə təqdim olunacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın