Menu
Geri İrəli

Sumqayıt Dövlət Musiqili Dram Teatrının truppası Türkiyə festivalından qayıdıb

Müəllif: Ataxanlı Nihad • Tarix: 23 Aprel 2015 • Baxış sayı: 498 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Musiqili Dram Teatrının truppası Türkiyə festivalından qayıdıb. Kollektiv İzmirdə Menemen bələdiyəsinin təşkilatçılıqı ilə keçirilən Beynəlxalq teatr festivalına Əziz Nesinin “Öldür məni can -ciyər” tamaşası ilə qatılmışdı. Əziz Nesin əslən izmirli olduğundan tamaşa ədibin yurdunda xususi marağla qarşılanıb. Əsasən, Türkiyənin Bələdiyyə teatrırlarının iştirak etdiyi yarışmada müxtəlif üslublu tamaşalar nümayiş etdirilib.
Proqramda, habelə ,Turkiyə sənətçiləri ilə diskussiyalar, polemikalar yer alıb. Festivalda nümayiş etdirilən tamaşanin quruluşçu rejissoru, Əməkdar atrist Firudin Məhərrəmovdur. Rolları əməkdar artistlər İlahə Səfərova, Növrəstə Həşimova və aktyor Mətləb Səfərli canlandırıblar.

sumqayit_dram_teatri

Facebook Şərhləndirmə:

Şərhinizi yazın