Menu
Geri İrəli

Sumqayıt Dövlət Rəsm Qalereyasında 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş rəsm sərgisi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2016 • Baxış sayı: 889 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş rəsm sərgisi keçirilib. Sərgidə rəsm işləri ilə yanaşı dekorativ tətbiqi sənət ustalarının əl işləri də nümayiş olunub və satışı təşkil olunub. Ümumilikdə sərgidə 21 rəsm əsəri, 10 gips (qarışıq texnika) və 40-a yaxın dekorativ tətbiqi sənət əsəri nümayiş olunub. Tədbiri Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova açaraq balaca rəssamları və sənət ustalarını təbrik edib, onlara yaradıcılıqlarında uğurlar diləyib. Daha sonar balaca rəssamlar fəxri fərmanla təltif olunublar. C.Cabbarlı adna mədəniyyət evinin “Turan” rəqs qrupunun ifasında “Azərbaycan suitası” rəqsi və  Şəhər Mədəniyyət Evinin gənc solistləri Zaur Yusifli, Kamil Ağazadə, Tünzalə Məmmədovanın ifasında  bir-birindən maraqlı musiqi nömrələri tədbiri daha da rövnəqləndirib.

12804044_1575823662737447_1852624596_n11940692_1575836466069500_1833763617_n12822178_1575837512736062_445585295_n12825512_1575836082736205_2060268843_n12833399_1575836709402809_767972504_n12833423_1575836629402817_1836921365_n12834446_1575836086069538_1482723983_n12834945_1575836892736124_1504207116_n   Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın