Menu
Geri İrəli

Sumqayıt kitabxanalarının vəziyyəti müzakirə olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2015 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur

Sumqayıt Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov S.Vurğun adına mərkəzi kitabxanada MKS işçiləri ilıə görüşüb.

12310502_1528127010840446_7114984502964142696_n

Kitabxana və kitabxana işçiləri haqqında xöş sözlər bildirən Mehman Şükürov kitabxana işçilərini fədailər ordusu adlandırdı. O bildirdi ki, kitabxanaçılıq peşəsi ən müqəddəs və şərəfli peşələrdən biridir və bu peşə sahibləri də, kitabxanalar da mənim üçün çox əziz və dəyərlidir. Şəhərimizdə görülən abadlıq və quruculuq işləri haqqında qısa məlumat verən idarə rəisi bu işlərin kitabxanaları da əhatə edəcəyini bildirdi.
İdarə rəisi həmçinin kitabxanalarda təmizliyə riayət olunmasının vacibliyini vurğulayaraq bəzi kitabxanalara bununla əlaqədar iradlarını bildirdi və ciddi xəbərdarlıq etdi.
Daha sonra kitabxanaçıların təklif və fikirlərinə açıq olduğunu bildirən M.Şükürov onların qayğı və probləmləri ilə maraqlandı. MKS-nin direktoru Y.Əhmədova söz alaraq kitabxanaların kitab fondunun zənginləşdirilməsi və nəşriyyatlarla bağlı problemlərdən danışdı. Filial kitabxana müdirləri kitabxanalarda olan kanalizasiya və istilik sistemi ilə bağlı problemləri diqqətə çatdırdı. M.Şükürov kitabxanaçıları dinləyərək bu problemlərin tezliklə aradan qaldırılacağını və həll ediləcəyini bildirdi. O, həmçinin 9 saylı kitabxana filialın kompüter avadanlığı ilə təchiz olunması haqqında yerində göstəriş verdi.
Sonda bir daha kitabxanaçılarla görüşdən məmnun qaldğını bildirən idarə rəisi kitabxanaçılara fəaliyyətlərində uğurlar arzuladı.

sumqayitxeber.com

12295246_1528127234173757_6225135152128999212_n
12313642_1528126694173811_3609415098057606184_n

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın