Menu
Geri İrəli

Sumqayıt kitabxanasında Milli Qəhrəmanlarımız yad edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2016 • Baxış sayı: 411 dəfə • Şərh yoxdur

370999Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi “Qəhrəmanlarımızı tanıdaq” adlı tədbir keçirib. Tədbir fevral ayında anadan olmuş Milli Qəhrəmanlarımıza həsr edilib.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC –a bildirilib ki, tədbirAzərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Milli Qəhrəmanlarımız Mübariz İbrahimovun, Bəylər Ağayevin və Təbriz Xəlilbəylinin həyat və fəaliyyətlərindən, onların keçdiyi döyüş yolundan söhbət açılıb.
Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Sonda kitabxanaçı Zibeydə Məmmədova mövzu ilə əlaqədar tərtib olunmuş kitab sərgisində nümayiş olunan ədəbiyyatlar haqqında oxuculara məlumat verib, uşaq şöbəsi tərəfindən tərtib olunan tövsiyə ədəbiyyat siyahısı ilə onları tanış edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın