Menu
Geri İrəli

Sumqayıt mədəniyyət işçiləri VII Ramazan festivalına qatılıblar – Ankarada

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyun 2016 • Baxış sayı: 505 dəfə • Şərh yoxdur

13487406_247499165630733_481981559_n

Ankaranın Keçiörən bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Ramazan Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil olunub. Bu münasibətlə bələdiyyənin təşkilatçılığı və Türkiyədəki səfirliyimizin dəstəyi ilə festivalın keçirildiyi sahədə qurulan “Azərbaycan evi”nin açılışı olub.

Açılış mərasimində səfirliyimizin əməkdaşları, Ankaradakı diplomatik nümayəndəliklərin rəhbərləri, QHT, KİV, ölkə ictimaiyyətinin təmsilçiləri, eyni zamanda Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov iştirak ediblər.

Azərbaycan gecəsində Sumqayıt şəhərini təmsil edən muğam qrupunun da ifası olub. Bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edən musiqiçilərimiz gecədə əsl bayram coşqusu yaşadıb. Əllərində iki qardaş ölkənin dövlət bayraqlarını dalğalandıran iştirakçılar Azərbaycan-Türkiyə qardaşlığına olan tükənməz sevgi və məhəbbətlərini müxtəlif şüarlarla ifadə ediblər. Muğam qrupunun ifası türkiyəli qardaşlarımız tərəfindən yüksək qiymətləndirilib.

87703 13479351_247498315630818_707984727_n

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın