Menu
Geri İrəli

Sumqayıt məktəbliləri Mikayıl Müşfiqin xatirəsini yad etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2017 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur
Share Button

95205_prottbyv31Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Xızı rayonunda ölməz şair Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib.

AzərTAc xəbər verir ki, Mikayıl Müşfiq muzeyində baş tutan tədbirdə muzeyin direktoru Orxan Əzimov şairin qısa ömür yolu və yaradıcılığı, o cümlədən muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Şairin abidəsi önündə davam edən tədbirdə yazıçı Hafiz İmamnəzərli, şairə, AYB-in Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək tədbir haqqında məlumat veriblər.

Bildiriblər ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd uşaqların mütaliə marağının artırılması, onlarda ədəbi zövqü inkişaf etdirmək və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini uşaqlara tanıtmaqdır.

Tədbirdə Mikayıl Müşfiqin “Zəhra üçün”, “Yaşa könül”, “Qurban”, “Ana” və digər şeirləri Sabir Sarvan adına uşaq poeziya klubunun üzvlərinin ifasında dinlənilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın