Menu
Geri İrəli

Sumqayit Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2017 • Baxış sayı: 316 dəfə • Şərh yoxdur

1496656160_se3Sumqayit Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib.

Sumqayıt şəhərində Sumqayıt, Xızı, Qubadlı rayon UİM-lərin, Xırdalan şəhərində Abşeron, Şuşa və Zəngilan rayon UİM-lərin müəllim və şagirdləri üçün Yusif Vəliyev (Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik musiqi məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Müəllimi), İkram Manafov (Abşeron rayon Xırdalan şəhər Onbirillik musiqi məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Müəllimi), İlhamə Ağayeva (Bakı şəhər Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin direktoru), Nilufər Tabasaranskaya (Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi), Aygün İsgəndərova (Bakı şəhər R.Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi) tərəfindən fortopiano, tar, kamança, skripka, violin və musiqi nəzəriyyəsi ixtisasları üzrə ustad dərsləri keçirilib.

Susa rayon Turssu kənd usaq musiqi məktəbində keçirilən hesabat konsertində məktəbin şagirdləri musiqi nömrələri ilə çıxış ediblər. Konsertdə nağara, saz, xanəndə sinfi şagirdlərinin ifaları dinlənilib. Konsertin sonunda tədris ilində fərqlənən şagirdlər fəxri fərmanlarla təltif olunublar. Tədbirdə iştirak edən Sumqayit Regional Mədəniyyət və Turizm idarəsinin nümayəndəsi Arif Vəliyev çıxış edərək şagirdləri təbrik edib, dərslərində uğurlar arzulayıb.

Abşeron rayon Mərkəzi Kitabxanasında şair Məmməd Kərəmin “Top aldı-qaç dünyası” adlı kitabının təqdimatı və anım günü keçirilib. Tədbirdə MKS-nin direktoru Məlahət Abdullayeva, “Maarif” və “Kövsər” nəşriyyatının baş redaktoru Hafiz Rüstəm, Məmməd Kərəmin qardaşı Bayraməli Hüseynov, şairlərdən Xaliq Laçınlı, Nurəddin Mirzəxanlı, Sənan Çıraq, Familə Fərmanqızı, Səmayə Güləliqızı və digərləri çıxış edərək xatirələrini bölüşüb, şairin yaradıcılığı haqqında fikirlərini bildiriblər. Daha sonra Pəri Muradovanın ifasında Məmməd Kərəmin şeirləri dinlənilib. Sonda müəllifin kitablarından ibarət sərgi nümayiş olunub.

Zəngilan Rayon Mərkəzi kitabxanasında şairə İradə Əlilinin “Bir damla göz yaşında torpaq həsrəti” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə hüquqşunas Elçin Quliyev, yazarlar Qalibə Cəfərova, Nüranə Axundova, kitabxanaçılar və digər qonaqlar iştirak ediblər. Tədbirdə Mərkəzi Kitabxananın direktoru Məhruzə Cəfərova və qonaqlar çıxış ediblər. Sonda müəllif tədbirin təşkilinə görə kitabxana kollektivinə təşəkkür edib.

Zəngilan rayon MKS-nin Uşaq şöbəsinin kollektivi N.Nərimanov rayonu 37 saylı körpələr evində uşaqların asudə vaxtının təşkili məqsədilə tədbir keçiriblər. Böyük maraq və sevinclə qarşılanan tədbirdə uşaqlar şeir söyləyib, mahnı oxuyub, rəqs ediblər.

Sumqayıt şəhər Mərkəzi kitabxananın uşaq şöbəsi də kitabın təbliği və oxucuların maraq dairəsinin artırılması, istirahətlərini səmərəli keçirməsi məqsədilə Sumqayıt şəhər bulvarında tədbir keçiriblər. Tədbirdə kitabxananın fondunu bəzyən ədəbiyyatlar nümayiş olunub, maraqlı, əyləncəli oyunlar keçirilib.

Sumqayıtın Tarixi Muzeyinin 50 illiyi ilə əlaqədar olaraq keçirilən silsilə tədbirlər çərçivəsində “Muzey məktəblilərin gözü ilə” rəsm müsabiqəsinin yekununa həsr olunmuş tədbir gerçəkləşib.. Tədbirdə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin nümayəndələri ilə yanaşı, gənc rəssamlar və valideynlər iştirak ediblər. Tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Olya İslamova çıxış edərək muzeyin 50 illiyi ərəfəsində gənclərimizin öz şəhərlərinin tarixinə olan sonsuz marağını, keçirilən tədbirlərdən yaxından iştirak etdiyini vurğulayıb. Sonra qaliblərə muzey rəhbərliyi tərəfindən sertifikatlar və mükafatlar təqdim olunub. Müsabiqənin nəticələrinə görə I yerə Quliyev Ülvi Elmar oğlu (14 yaş), II yerə Quliyev Kamil Kamal oğlu (14 yaş), III yerə Musayeva Zemfira Musa qızı (12 yaş), Babayeva Gülbacı Hüseyn qızı (12 yaş), həvəsləndirici yerə Vəlizadə Nərgiz Heydər qızı (14 yaş) layiq görülüblər.








Facebook Şərhləndirmə:

Şərhinizi yazın