Menu
Geri İrəli

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2017 • Baxış sayı: 814 dəfə • Şərh yoxdur
Share Button

1485528954259338887_1000x669Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarısı üçün iş planına əsasən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirilib.

Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, idarənin Qubadlı, Zəngilan, Şuşa, Abşeron, Xızı rayonları üzrə nümayəndələri və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirədə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Prezidentin müvafiq Sərəncamının icrasının təmin edilməsi, nazirliyin Regional Mədəniyyət və Turizm idarələrinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib, regional idarələrin yeni əsasnamələri və ştat cədvəlləri barədə geniş məlumat verilib.

Bildirilib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və nazirliyin 15 Regional İdarəsi yaradılıb. Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinə Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonları daxildir.

Müşavirədə işə qəbul zamanı ixtisas təhsilli kadrlara üstünlük verilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması, mədəniyyət və turizm müəssisələrinin əlaqəli fəaliyyətinin təşkil edilməsi, təcrübə mübadiləsinin aparılması, maliyyə intizamına nəzarət və digər aktual məsələlərə diqqətin artırılmasının vacibliyi vurğulanıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın