Menu
Geri İrəli

Sumqayıt rəssamları ilə görüş keçirildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2015 • Baxış sayı: 459 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt Dövlət Rəsm Qalereyasında  Uluslararası Aktivist Sanatçılar Birliyi və Uluslararası Qadın Rəssamlar Birliyinin üzvlərindən ibarət aktiv rəssamlar qrupunun  Sumqayıt şəhərindəki yaradıcılıq birliklərinin üzvləri və ictimaiyyətlə görüşü keçirildi.

Görüşün keçirilməsində əsas məqsəd Uluslararası Aktivist Sanatçılar Birliyi ilə Sumqayıt rəssamlarının birgə əməkdaşlığı və onların xarici ölkələrdə tanınmasından ibarətdir.

Sumqayıt Dövlət Rəsm Qalereyası və Ə.Kərim adına Poeziya klubunun təşkilati dəstəyi ilə keçirilən görüşdə rəssam Nəvai Metinin başçılıq etdiyi 10 nəfərdən ibarət rəssamlar qrupu və Azərbaycanın Əməkdar İncəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev və sumqayıtlı rəssam və şairlər iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan şair İbrahim İlyaslı  UASB haqqında məlumat verdi və bildirdi ki, birliyin həyata keçirdiyi “Yurdumuzu qarış-qarış gəzək” layihəsinin Sumqayıtda gerçəkləşməsi Sumqayıt mənzərələrinin rəssamların fırçası ilə ölkə hüdudlarından kənarda tanıtımı xarakteri daşıyır.

Birliyin sədri tanınmış rəssam Nəvai Metin çıxış edərək birliyin əsas şüarının SÜLH, SƏNƏT və  SEVGİ olduğunu bildirdi. O daha sonra Azərbaycanda təşkil olunan sərgilərlə xarici ölkələrdə təşkil olunan sərgiləri fərqləndirdi və bildirdi ki, bizdə keçirilən fərdi sərgilər rəsmi xarakter daşıyır. Lakin, Türkiyədə fərdi sərgisi təşkil olunan rəssam sərgi zamanı canlı rəsm çəkir ki, bu da tamaşaçılar tərəfindən daha təbii qəbul olunur. Rəssam bu üsulun Azərbaycanda keçiriələn fərdi sərgilərdə tətbiqinə böyük onəm verdiyini bildirdi.

Sənətşünas Ziyadxan Əliyev çıxış edərək Müstəqil Azərbaycan rəssamlıq sənətini sovet Azərbaycanı rəssamlıq sənəti ilə müqayisə edərək bildirdi ki, əvvəl rəssamlara lazım olan azadlıq yox idi, indi isə keyfiyyət. Bu problemlərin aradan qaldırılması üçün rəssamlar öz üzərlərində ciddi çalışmalıdırşar.

Görüşdə həmçinin Sumqayıtda Azərbaycan Rəssamlar İttifaqının Sumqayıt bölməsinin yaradılması təklif olundu.

Görüşün sonunda dərnəyin kiçik üzvü Nahid Hüseynov  “Balaca aktivist” mükafatına layiq görüldü, təşkilati dəstəyə görə Sumqayıt Dövlət Rəsm Qalereyasına təşəkkür edildi.

12305445_1528671804119300_191134563_n 12305960_1528673264119154_1833702290_n 12309221_1528673397452474_1707441297_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın