Menu
Geri İrəli

Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində ilaxır çərşənbə ilə əlaqədar tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2016 • Baxış sayı: 438 dəfə • 4 şərh

12421790_1580990115554135_1278296145_n (1)

 

Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində ilaxır çərşənbə ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şagirdlər “Novruz” atributları haqqında məlumatlar verib, bayatılar, haqıştalar söyləyiblər. Tədbirdə nağaraçalanlar və “Pöhrə” aşıqlar ansamblının çıxışı, məktəbin şagirdləri İbrahim Quliyevin ifasında “Novruzu”, Nərminə Baxşəliyevanın ifasında “Uzundərə” rəqsi (qarmon) şənliyə xoş ovqat qatıb.

 

Sonda məktəbin direktoru Vasif Heydərov müəllim və şagird kollektivini təbrik edərək xoş arzularını çatdırıb.

 

Q.Qarayev adına Uşaq musiqi məktəbində keçirilən konsertdə şagird və müəllim kollektivi bir-birindən maraqlı, bahar ətirli musiqi nömrələri ilə dinləyiciləri valeh ediblər. Xalq çalğı alətləri ansamblının ifasında musiqi nömrələri və xanəndələrin çıxışı dinləyicilər tərəfindən maraqla qarşılanıb.

 

S.Rüstəmov adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə məktəbin şagirdləri Gülnar əhmədli, Namiq Nuruşöv, Rəvan Ağayev, Əhməd Alməmmədovun ifasında bayram əhval ruhiyyəli mahnılar, eləcə də muğam və segahlar ifa olunub.

 

Qeyd edək ki, digər uşaq incəsənət və musiqi məktəblərində də bayram şənliyi keçirilib.

12476557_1580990202220793_393103953_n 12674496_1580990145554132_214108465_n

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində ilaxır çərşənbə ilə əlaqədar tədbir keçirilib” yazısına 4 cavab

  1. AYNURE deyir:

    BAYRAMINIZ MUBAREK COK GUZEL

  2. AYNURE deyir:

    BAYRAMINIZ MUBAREK COK GUZEL NOVRUZ HEQIQETEN COX GOZELDIR

  3. Ayla deyir:

    Qəşəy Allah balalrınızı saxlasın Amin!

  4. Ayla deyir:

    Novruz bayramınız mubarək gözəl balalar:* *-*

Şərhinizi yazın