Menu
Geri İrəli

Sumqayıt şəhər Fikrət Əmirov adına uşaq musiqi məktəbinin 25 illik yubileyi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2016 • Baxış sayı: 709 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Fikrət Əmirov adına uşaq musiqi məktəbinin 25 illik yubileyi münasibətilə tədbir keçirilib.

“Koroğlu” uvertürası ilə başlanan tədbiri giriş sözü ilə açan Səriyyə Dünyamalıyeva məktəbin yaranması, fəaliyyəti və qazandığı nailiyyətləri haqqında məlumat verib.

Konsertdə  Fuad Əlizadə və Nəriman Məsimovun (fortepiano),  məktəbin şagirdləri: Mustafa Mirzəyevin (balaban), İbrahim Quliyevin (qarmon) ifasında Azərbaycan xalq rəqsləri,  Təranə Mövlanova və Aynur Əhmədovanın ifasında M.Şmitzin “Caz”, Nəzrin Abdullayeva və Fidan Aslanovanın ifasında İ.Ştrausun “Polka-Şal”, nağaraçalanlar ansamblının ifasında  Azərbaycan ritmləri, uşaq xor kollektivinin ifasında R.Hacıyevin və F.Əmirovun əsərləri, xanəndəlik sinfinin müəllimi Vüqarın Nəcəfovun ifasında “Şur” təsnifi,  “Buta” qızlar ansanblının ifasında “Şirvan Gəraylısı” və F.Əmirovun “Yar üçün” mahnıları konsert iştirakşıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda məktəbin direktoru Vasif Heydərov yubiley münasibəti ilə məktəbin kollektivini təbrik edib, xoş arzularını çatdırıb.

15644350_1763511127305376_731776316_n 15645283_1763510650638757_708086621_n 15666310_1763510960638726_401682451_n 15673543_1763511047305384_47577407_n unnamed

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın