Menu
Geri İrəli

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi müşavirə keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2015 • Baxış sayı: 588 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsində rəis Mehman Şükürovun rəhbərliyi ilə müşavirə keçirildi. Müşavirədə ümummili lider Heydər Əliyevin anım günü ilə bağlı keçiriləcək tədbirlər və sumqayıtlı rəssamların Sumqayıt Dövlət Rəsm Qalereyasında keçiriləcək sərgisi müzakirə olundu.
Müşavirədə Sumqayıt kitabxanalarının və Heydər Əliyev mərkəzinin fəaliyyətinə yüksək qiymət verildi və bu müəssisələrdən daha böyük gözləntilər olduğu bildirildi.
Müşavirədə həmçinin mədəniyyət müəssisələrinə Saray 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində tədbirlərin, Sumqayıtın Tarixi Muzeyi və Dövlət Rəsm Qalereyasında açıq qapı gününün keçirməsi tövsiyə olundu.

12341200_1531319913854489_2714468459653693339_n 12342411_1531319950521152_3372566789637532839_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın