Menu
Geri İrəli

Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində Şəhər Mədəniyyət Evinin hesabat konserti keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2016 • Baxış sayı: 521 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində Şəhər Mədəniyyət Evinin hesabat konserti keçirilib. Konsertdə mədəniyyət evinin özfəaliyyət kollektivlərinin və dərnək üzvlərinin çıxışları dinlənilib.
Solistlər Mehman Əhmədov, İlkin Əlizadə, Zaur Yusifli, Kamil Ağazadə, Elvin Qasımov, Tünzalə Məmmədova, Şahin Qədirsoy, Sürəyya Əbilovanın ifasında xalq və bəstəkar mahnıları, “Zəminxarə” ansamblının çıxışı, eyni zamanda, aşıq Səbinə Gədəbylinin ifasında saz havaları, meyxanaçı Ədalət Dağlının ifasında şəhidlərimizi vəsf edən meyxana alqışlarla qarşılanıb.
Tədbirdə mədəniyyət evinin “Tilsim” shou qrupunun üzvü Elşad Məmmədovun nümayiş etdirdiyi bir-birindən maraqlı illüziyaları və özfəaliyyət kollektivi üzvlərinin ifasında Ü.Hacıbəyovun “Arşın mal alan” tamaşasından parça (Əlipaşa Paşayev və Tünzalə Məmmədovanın ifasında), “Veteran” xorunun Kamil Ağazadə ilə dueti tamaşaçıların marağına səbəb olub.
Sonda tədbir iştirakçıları mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi ilə tanış olublar.

13383497_1630203390632807_2031878291_o

13390969_1630202163966263_105234746_n

13393490_1630203417299471_1486571301_n

13410482_1630202203966259_1832069361_o

13413929_1630202307299582_683445014_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın