Menu
Geri İrəli

Sumqayıt teatrı mövsümə yekun vurub

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2013 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Musiqili Dram Teatrı mövsümə yekun vurub.

Mövsümün bağlanış günündə teatrın aktyorları dövlət sifarişi əsasında hazırlanmış Con Patrikin “Qocanı öldürməliyik” (“Sevimli Pamela”) tamaşasının premyerasını oynayıbblar.

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Mehman Şükürovun verdiyi məlumata görə, baş rollarda İlahə Səfərova, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, Rauf Ağakişiyev, Yalçın Səlimov, Əməkdar Artist İzaməddin Bağırov çıxış ediblər.

Tamaşanın quruluşçu rejissoru Tatyana Şevçenko, geyim üzrə rəssam Sergey Karpenko, plastika üzrə təlim və rəqslərin quruluşu Vüsal Mehrəliyevindir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın