Menu
Geri İrəli

Sumqayıt teatrı yeni mövsümün açılışına hazırlaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2017 • Baxış sayı: 170 dəfə • Şərh yoxdur
Share Button

Müxtəlif janrlarda uğurlu tamaşalar hazırlayan Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 49-cu mövsümünü yeni tamaşa ilə açacaq.

Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi İslam Həsənov AZƏRTAC–a bildirib ki, görkəmli yazıçı Turqut Özakmanın “Ocaq” psixoloji dramı Əməkdar Artist Firudin Məhərrəmovun yozumunda səhnə həlli tapıb. Tamaşada bir ailənin iztirabı kontekstində cəmiyyətin müxtəlif təbəqələrinin baxış bucağı mükəmməl şəkildə əks olunur.

Səhnə əsərində rol alan Əməkdar artistlər Növrəstə Həşimova, Fəranə Musayeva, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı və Amil Babayev psixoloji məqamları məharətlə ifa edirlər.

Teatrın yeni mövsümü və tamaşanın premyerası sentyabrın 27-də olacaq.

150607737357316913_1000x669 1506077373237503190_1000x669 1506077373650731305_1000x669

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın