Menu
Geri İrəli

Sumqayıt Teatrı yeni tamaşasını təqdim edib

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2015 • Baxış sayı: 472 dəfə • Şərh yoxdur
Share Button

14496530854703215795_1000x669Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında Əli Əmirlinin “İyirmi ildən sonra” psixoloji dramı əsasında hazırlanan tamaşa sumqayıtlılara təqdim olunub.

Teatrın direktoru İslam Həsənov AZƏRTAC–a bildirib ki, aktyor həyatına həsr olunan əsərdə vaxtilə baş rolların ifaçısı olmuş Otello yoxsulluğun, maddi sıxıntının girdabında əziyyət çəkir. Həyat yoldaşı İşıq xanım nəinki ona mənəvi dayaq olmur, hətta xaricdə səfirlikdə işləyən birinə qoşulub gedir. Hadisələrin inkişafı gərgin dramatik həddə çatır. Amma son anda İşıq xanım pulun, mal-dövlətin heç də bir çox duyğuları əvəz edə bilməyəcəyini anlayır və peşmançılıq hissi keçirir…

Tamaşanın quruluşu teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmova məxsusdur. Rollarda əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, aktyorlar Cəlal Məmmədov, Xatirə Süleymanova, İlham Səfərli, İlahə Vilayət qızı, Şəmistan Süleymanlı və Vaqif Səmədzadə çıxış edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın