Menu
Geri İrəli

Sumqayıt teatrında “Oğru”nun məşqləri yekunlaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2016 • Baxış sayı: 339 dəfə • Şərh yoxdur
Share Button

ogruSumqayıt Dövlət Dram Teatrı yaxın günlərdə Marsel Berkye Marinyenin “Oğru” əsərinin tamaşasını sənətsevərlərə təqdim edəcək.

Rejissor Rövşən Almuradlının quruluş verdiyi tamaşa komediya janrındadır. Səhnə əsərinin süjetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur.

Tamaşada Əməkdar artist İzaməddin Bağırov, aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərova iştirak edirlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın