Menu
Geri İrəli

Sumqayıt Teatrında “Vicdanın hökmü” tamaşası nümayiş olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Yanvar 2017 • Baxış sayı: 394 dəfə • Şərh yoxdur
Share Button

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı Hüseynbala Mirələmovun “Vicdanın hökmü” tamaşasını təqdim edəcək.

Teatrdan AZƏRTAC–a bildirilib ki, vətənpərvərlik mövzusunda olan tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Namis Şirməmmədovdur.

Tamaşa Qarabağ müharibəsində iştirak etmiş vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, ziyalı, müəllim Rəhimin igidliyindən və döyüşlərdə qəhrəmancasına həlak olmasından bəhs edir. Səhnə əsəri igid əsgərlərimizi mənfur ermənilərin törətdikləri vandalizmə qarşı ayıq-sayıq olmağa səsləyir.

14847434683045263476_1000x669 1484743468316742146_1000x669 14847434683382833961_1000x669 14847434684740623920_1000x669

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın