Menu
Geri İrəli

Sumqayıt teatrının kollektivinə yeni direktor təqdim olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2014 • Baxış sayı: 443 dəfə • Şərh yoxdur

islam hesenovsumqayitxeber.com xəbər verir ki, bu gün Sumqayıt Dövlət Musiqili Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nahidə İsmayılzadənin iştirakı ilə  yeni direktor teatr kollektivinə təqdim olunub.

Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevin sərəncamı ilə Sumqayıt Dövlət Musiqili Dram Teatrına Lənkəran Dövlət Dram teatrının direktoru İslam Həsənov direktor təyin olunub.

Yeni təyin olunacaq direktor kimdir?

İslam Həsənov 1965-ci il 8 may Lənkəran şəhərində anadan olub, 1982-ci ildə 5 saylı orta məktəbi bitirib. Həmin ildə də M.A.Əliyev adına İncəsənət İnstitutuna qəbul olunub. 1983-85-ci illər Sovet ordusunda xidmət edib. 1988-ci il M.A.Əliyev adına İncəsənət İnstitutun bitirib. 1986-ci il Gənc tamaşaçılar teatrında çalışıb. 1986-88-ci illərdə “Meydan” teatrında, 1988-1989-cu illərdə isə Gənc tamaşaçılar teatrında aktyor işləyib. 1991-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində aparıcı, sonralar isə aparıcı-redaktor vəzifəsində çalışıb. 1993-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqında mətbuat xidmətinin rəhbəri, Teatr Xadimləri İttifaqı Prezidentinin müşaviri vəzifəsində çalışıb. 2007-ci il yanvar ayının 29-dan N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına direktor vəzifəsinə təyin edilib. Bir neçə tamaşaların və filmlərin rejissoru, prodüsser kimim fəaliyyət göstərib.
Ailəlidir, bir qızı var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın