Menu
Geri İrəli

Sumqayıt uşaq şairlərilə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2016 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur

received_1564846760501804Bu gün Sumqayıt şəhər Nizami Gəncəvi adına Uşaq Kitabxana Klubunda “Uşaq Ədəbiyyatı İli” ilə əlaqədar olaraq Sumqayıt uşaq şairlərilə görüş keçirilib. Görüşdə şairlər Məmməd Namaz, Mir Sabir, Ələsgər Həsənli, Rəhilə Hüseynova, Rəfiqə Şəms iştirak edib.

Tədbirdə Nizami Gəncəvi adına UKK-nın rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Öz oxucuları ilə tədbirə qatılan Sumqayıt şəhər uşaq kitabxanaları və S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi şairlərin şeirlərindən ibarət nümunələr səsləndiriblər.

S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin oxucuları Ayan Ağayeva, Rəşid Ataxanov və Rəqsanə Xəlilovanın ifasında şair Məmməd Namazın “Biri vardı, biri yoxdu” şeri əsasında hazırlanmış,  günəşlə ayın dialoqunu əks etdirən kompozisiya, eləcə də Mərkəzi Uşaq Kitabxanasının oxucusu Kənan Muradovun tarda ifası tədbiri xüsusilə rövnəqləndirib.

Tədbirdə  şairlər çıxış edərək uşaq ədəbiyyatı mövzusunda şeir yazmağın çətin, məsuliyyətli və şərəfli bir iş olduğunu bildirib, bunun üçün  mütləq uşaq dünyasına bələd olmağın, müşahidə qabiliyyətinin geniş olmasının vacibliyini vurğulayıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın