Menu
Geri İrəli

Sumqayıtda 16 xanım mükafatlandırıldı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2016 • Baxış sayı: 1,330 dəfə • Şərh yoxdur

Bu gün Bülbül adına Uşaq İncəsənət Məktəbində Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin, MİHİ Sumqayıt şəhər Komitəsinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən sumqayitxeber.com-a verilən məlumata görə tədbirdə 16 xanım mədəniyyət sahəsində səmərəli fəaliyyətinə və 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə fəxri fərmanla təltif edilib.

Tədbirdə çıxış edən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov xanımları təbrik edərək onlara xoş arzularını çatdırıb. Son aylar icra başçısının təşəbbüsü ilə inşasına başlanılan mədəniyyət müəssisələri haqqında məlumat verən idarə rəisi bildirdi ki, artıq bir neçə mədəniyyət müəssisəsinin təmirinə də start verilib. Bundan əlavə şəhərin ən böyük mədəniyyət sarayı olan Ü.Hacıbəyov adına “Kimyaçılar” sarayının da  Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin balansına verilməsi ilə bağlı aparılan danışıqlara diqqət çəkən Mehman Şükürov kollektivlərin bundan sonra daha böyük səhnədə çıxış edə biləcəyini vurğulayıb. Daha sonra MİHİ Sumqayıt şəhər komitəsinin sədri şair Əşrəf Şəfiyev çıxış edərək xanımları şeirlə təbrik edib.

Tədbir Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tərkibində Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və dirijor Vaqif Süleymanov) və Müəllimlər Xorunun ifasında konsert proqramı ilə davam edib. Konsertdə Gülzar Fərəcova, Firudin Ağayev, Təhmin Əhmədli, İbrahim Fərzəliyev, Naib Zəkiyevin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən Müəllimlər xorunun ifasında səslənən xalq mahnıları  tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 12782050_1574342839552196_1505210521_n 12788207_1574342779552202_2064519643_n 12788247_1574341632885650_206910183_n 12825442_1574342866218860_499347694_n 12825582_1574342836218863_181909629_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın