Menu
Geri İrəli

Sumqayıtda 2 Fevral “Gənclər günü”nə həsr edilmiş sərgi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2016 • Baxış sayı: 458 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Mədəniyyət və Turizm Idarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası, Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsi, “Nəqşi-cahan” Qalereyası, “Mina Qurbanlarının Sosial-İqtisadi problemlərinin Həllinə Kömək” İB,  “Məşəl Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İB, və “Qarabağ Əlilləri və Veteranları” İB-in birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Rəsm Qalereyasında 2 Fevral “Gənclər günü”nə həsr edilmiş “Rənglərin arzusu” adlı fərdi sərgi keçirilib.

Sərginin keçirilməzində məqsəd istedadlı gənc rəssamlara dəstək olmaq və onların incəsənətə olan marağını daha da artırmaqdır.

Gənc rəssamlardan Ceyhun Ənvərzadə, Ülkər Məmmədl, Zeynəb Yaqubova, Nərmin İsmayılzadə, Lalə Həşimlinin də qatıldığı sərgidə ümumilikdə 300 ədəd rəngkarlıq işi nümayiş edilib. Bu əsərlər arasında natürmort, mənzərə, portret və s. janrlar yer tutub.

Sərgini giriş sözü ilə açan Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova bu sərginin gənclər üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Daha sonra çıxış edən qonaqlar: Məmmədhəsən Həsənov, Alman Abbasov, Növrəstə Yusifova, Ceyran Axundova və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, və digıərləri çıxış edərək gəncləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.

Sonda sərgidə iştirak edən gənclər fəxri fərman və hədiyyəllərlə təltif olunublar. Eyni zamanda qonaqlar sərginin təşkilində yaxından iştirakına görə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürovu və Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Rəşidovanı fəxri fərmanla təltif ediblər.

Tədbirdə gənc rəssamların canlı etüdü və sərgiyə dəstək verən sənət adamları, müğənnilər Nadir Bayramlı, Bahar Lətifqızı, Şəbnəm Tovuzlunun çıxışı böyük maraqla qarşılanıb.

Xatırladaq ki, tədbir bir həftə davam edəcək.

Sumqayıt şəhər  Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidməti

12525355_1558106271175853_3275143419214798693_o 12622349_1558105871175893_1268590785340091198_o 12642878_1558106177842529_2800477441833306075_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın