Menu
Geri İrəli

Sumqayıtda 80 illik yubiley tətbiri

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2015 • Baxış sayı: 433 dəfə • Şərh yoxdur
 ”Azərikimya” İstehsalat Birliyinin konfrans zalında  Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, “Tərəqqi” medallı pedaqoq, şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Əvəz Mahmud Lələdağın qələm və peşə dostlarının, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə «Azərikimya» İstehsalat Birliyinin  Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar  Babayev açıb və yubilyarı həyatının ən əlamətdar günü – 80 illik yubileyi münasi­bətilə kimyaçılar adından səmimi-qəlbdən təbrik edib. Qeyd olunub ki, şair, publisist və dramaturq kimi 50 illik zəngin yaradıcılıq yolu keçən Əvəz Mahmud Lələdağın yaradıcılığının əsas qayəsini vətənə, el-obaya tükənməz məhəbbət təşkil edir.
Yubilyarı təbrik edən Əməkdar İncəsənət xadimi şair Əşrəf Veysəlli Əvəz Mahmud Lələdağın oxucunun qəlbini duyaraq, gözəl söz demək qabiliyyətinə sahib bir şair olduğunu və məhz bu keyfiyyətləri ilə digər yaradıcı insanlardan fərqlənməyi bacardığını qeyd edib. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, həmçinin Aşıqlar Birliyinin üzvü olmaqla, Ə.M.Lələdağın “El yada düşdü”, “Dağlar marala qaldı”, “Ömür payı”, “Sinəsi dolu nənəm”, “Ağ dovşanın nağılı”, “Ömürdən qalan izlər”, “Dünya, hara gedirsən?”, “Səni gözləyirəm”, “Bizi deyib gəlmə, Mirzə”, “Yaddan çıxmaz günlərim”, “Analı dünyam”, “Ümumbəşəri bəla – erməni xəstəliyi”, “Dağlar, gözləyin məni”, “Bu dünyaya könül verdim”  və digər kitabları oxucuların dərin rəğbətini qazanıb.
“Şöhrət” ordenli Əməkdar müəllim, şəhərdəki 11 saylı tam orta məktəbin direktoru, şairə Ofelya Babayeva qeyd etmişdir ki, Əvəz Mahmud Lələdağ 1972-ci ildən Sumqayıt şəhərində yaşamaqla, yarım əsrdən artıq bir dövr ərzində balalarımızın təhsili və təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Uzun illər məktəb direktoru kimi məsuliyyətli və şərəfli bir vəzifəni icra edib, bu istiqamətdə qələmə aldığı “Təlimdə ənənəvilik və müasirlik haqqında pedaqoji düşüncələr” kitabı müəllimlərin stolüstü kitabına çevrilib.
Tədbirdə həmçinin Sumqayıt Dövlət Universitetinin professoru Həsən Sadıxov, Polimer Materialları İnstitutunun Laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Mustafa Salahov, şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova, AJB Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday, Əli Kərim adına Poeziya klubunun direktoru İbrahim İlyaslı, tanınmış jurnalist Rəhman Orxan və digərləri çıxış edərək, Əvəz Mahmud Lələdağın bu gün də pedaqoji fəaliyyətini Sumqayıt Dövlət Universitetində davam etdirdiyini vurğulayıb  və qeyd ediblər ki, Əvəz müəllimin Sumqayıt şəhərinin ictimai, siyasi və mədəni həyatındakı fəaliyyəti həmişə diqqət mərkəzində olmuş və ona şəhər sakinlərinin dərin rəğbət və sevgisini qazandırıb.
Bir sıra əsərləri Sumqayıt teatrında səhnələşdirilərək, tamaşaçıların ixtiyarına verilən Əvəz Mahmud Lələdağ bu gün də gənclik eşqi ilə yazıb-yaradır, gənclərimizin sabahın layiqli vətəndaşları kimi yetişməsində əlindən gələni əsirgəmir.Əvəz Mahmud Lələdağ ona göstərilən diqqətə görə «Azərikimya» İstehsalat Birliyinin kollektivinə dərin minnətdarlığını bildirib və tədbir iştirakçılarına bir neçə şeir ərməğan edib.
Yubiliyarın qızı,  şəhərimizdəki Məktəblilərin və Yeniyetmələrin yaradıcılıq Mərkəzinin direktoru Əntiqə xanım Mahmudova da atasına göstərilən isti münasibətə görə ailələri adından «Azərikimya» İstehsalat Birliyinin rəhbərliyinə və şəxsən Muxtar Babayevə sonsuz minnətdarlığını dilə gətirib.Sonda yubilyara «Azərikimya» İB tərəfindən qiymətli hədiyyələr təqdim olunub, möhkəm can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulanıb.
Rafiq Oday
Vüqar Abdullah (foto)
1448444330_dsc_5535 1448444340_dsc_5671 1448444341_dsc_5524 1448444346_dsc_5555 1448444353_dsc_5733 1448444355_dsc_5686 1448444356_dsc_5667 1448444366_dsc_55471
Facebook Şərhləndirmə:

Şərhinizi yazın