Menu
Geri İrəli

Sumqayıtda “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin qalibləri mükafatlandırıldılar

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2014 • Baxış sayı: 644 dəfə • Şərh yoxdur

Tədbirdə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin rəsmilərindən Mesut Kurnaz, Ahmet Çamalan və Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov da iştirak ediblər.

Nəriman Nərimanov adına Mədəniyyət Evində Sumqayıt Özəl Türk Liseyinin təşkil etdiyi “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin qaliblərini təqdimetmə və mükafatlandırma mərasimi keçirildi. “Dil və mədəniyyət festivalı” adı altında keçirilən bu yarışda bir çox nominasiyalar mövcuddur. Buraya mahnı, şeir, inşa, internetdə veb-səhifə hazırlanması və qrammatika bölümü daxildir. Tədbiri giriş sözü ilə açan liseyin müdiri Osman Aydoğan mədəniyyətimizin və onun daşıyıcısı olan dilimizin həm öyrənilməsi, həm də dünyaya tanıtdırılması baxımından festivalın əhəmiyyətindən bəhs etdi. Sumqayıtda da məktəblilər arasında bu yarışmaya olduqca böyük maraq olduğunu vurğuladı. O, qeyd etdi ki, festivalın belə yüksək səviyyədə keçirilməsində şəhər rəhbərliyi və Təhsil Şöbəsinin yaxından iştirakı olub. Tədbirdə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin rəsmilərindən Mesut Kurnaz, Ahmet Çamalan və Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov da iştirak edirdilər. Xatırladaq ki, festivalda bütövlükdə 35 məktəbdən 200-dən çox şagird iştirak edib. Qaliblər 20-24 fevralda keçiriləcək respublika finalına vəsiqə qazanıblar. Tədbirdə qalib olan şagirdlərlə yanaşı, fəallığı ilə seçilən məktəb direktorlarına da hədiyyə plaketləri verildi. Nicat Xıdırlı Sumqayıt-www.zaman.az

musabiqe-s

Facebook Şərhləndirmə:

Şərhinizi yazın