Menu
Geri İrəli

Sumqayıtda “Dostluq” mədəniyyət evinin hesabat konserti keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2016 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur

N.Nərimanov adına mədəniyyət mərkəzində “Dostluq” mədəniyyət evinin hesabat konserti keçirilib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən verilən məlumata görə konsertdə “Ayxan” xalq çalğı alətləri ansamblının, gənc ifaçılar Asya Məmmədova, Əvəzxan Əzizov və Ceyhun Əhmədovun ifasında xalq və bəstəkar mahnlları, muğamlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

“Xəzri” mahnı və rəqs ansamblının və “Şahinlər” rəqs qrupunun ifasında Azərbaycan rəqsləri, o cümlədən, bədii qiraət dərnəyinin üzvü Könül Hüseynovanın ifasında şeirlər, gənc aşıqlar Səbinə Hüseynova və Əhməd Almuradlının sazda ifası tədbiri daha da rövnəqləndirib.

Tədbirdə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov iştirak edib.





 -

Facebook Şərhləndirmə:

Şərhinizi yazın