Menu
Geri İrəli

Sumqayıtda Əjdər Olun şeirlərindən ibarət müsabiqə keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2016 • Baxış sayı: 489 dəfə • Şərh yoxdur

ejderolSumqayıtda şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Olun şeirlərindən ibarət məktəblilər arasında müsabiqə keçirilib.

Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanası və Yazıçılar Birliyinin Sumqayıt şəhər şöbəsinin təşkil etdiyi müsabiqədə oxucular və məktəblilər iştirak edib. Məlumat verilib ki, artıq bu kimi tədbirlərin keçrilməsi ənənəvi hal almaqdadır. Azərbaycanın şair və yazıçıları ilə görüş oxucuların onların yaradıcılığını daha da dərindən yiyələnməsinə imkan verir. Bildirilib ki, 3 mərhələdən ibarət olan bu müsabiqənin seçim turları 3 ay çəkib. Nəticədə 40-dan çox məktəbli arasında 20 nəfər bədii qiraət üzrə müsabiqənin qalibi seçilib. Şair Əjdər Olun özünün də qonaq qismində iştirak etdiyi müsabiqədə şagirdlər onun müxtəlif şeirlərini səsləndiriblər. Şeirlər müxtəlif mövzuları əhatə edib. Belə ki, şagirdlər Vətən, Qarabağ, şəhidlər, müstəqillik və digər məqamları özündə əks etdirən şeirləri ruh yüksəkliyi ilə tədbir iştirakçıları qarşısında söyləyiblər. Həmin şeirlərin müəllifi Əjdər Ol uşaqların şeirləri mənimsəmək və onu çatdırmaq istedadını yüksək qiymətləndirməklə yanaşı, bəzi məsləhətlərini də verib. Bildirilib ki, uşaqların mütaliə etmək həvəsi onların dünyagörüşünün formalaşmasında birbaşa rol oynayır. Şagirdlərin kitaba olan marağı onların gələcək naliyyətinə təminatdır. Şair yaradıcılığında uşaq şeirlərinin azlıq təşkil etdiyini, buna baxmayaraq əsasən yaşlı nəsl və gənclər üçün nəzərdə tutulan şeirlərin məktəblilər tərəfindən belə məharətlə söylənilməsinin onda fərəh hissi yaratdığını dedi. Daha sonra münsiflər heyətinin qərarı ilə 1 nəfər birinci, 2 nəfər 2-ci, 3 nəfər isə 3-cü yerə layiq görülüb. Qaliblərə fəxri fərman və mükafatlar, digər iştirakçılara isə həvəsləndirici mükafat təqdim edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın