Menu
Geri İrəli

Sumqayıtda Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Dekabr 2016 • Baxış sayı: 558 dəfə • Şərh yoxdur
Share Button

Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin vəSumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Əməkdar İncəsənət xadimi Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib.

Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan gətirilmiş təsviri sənətin boyakarlıq    bölməsinə aid 20 ədəd əsər nümayiş olunub.

Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Sumqayıt şəhər İcra başçısının müavini Teymur Səmədov, şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru, rəssam Eyyub Hüseynovun oğlu Elnur Hüseynov və tanınmış rəssamlar, incəsənət xadimləri və digər qonaqlar çıxış edərək görkəmli rəssamın yaradıcılığı haqqında yüksək fikirlər ifadə edib, xatirələrini bölüşüb, belə tədbirlərin yüksək əhəmiyyətindən danışıblar.

Daha sonra  qonaqlar rəssamın həyat və yaradıcılığına həsr olunmuş video-roliki izləyib, sərgidə nümayiş olunan əsərləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, görkəmli rəssam Eyyub Hüseynov daha çox zəhmət və kənd mövzusunda tablolar yaradıb, yaradıcılığının bütün dövrlərində mənzərə, portret, məişət janrlarına müraciət edib, özünəməxsus bədii xüsusiyyətləri, geniş rəng yaxmaları ilə seçilən üslub nümayiş etdirib. Onun əmək mövzusunda çəkdiyi “Kömək gəlib”, “Yaylaqda”, “Çobanlar”, mənzərə janrında “Şahbuz”, “Yağışdan sonra” əsərləri, o cümlədən, “Aşıq Ələsgər” və “Əmək qəhrəmanları” portretləri hazırda müxtəlif muzeylərdə saxlanılır.

 dsc_0001 dsc_0002 dsc_0029 dsc_0043 dsc_0060 dsc_0069 dsc_0079 dsc_0081 dsc_0090 dsc_0091 dsc_0095 dsc_0100 dsc_0105 dsc_0111 dsc_0114 dsc_0130

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın