Menu
Geri İrəli

Sumqayıtda gənc rəssamların əsərlərindən ibarət dərgi çap olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2013 • Baxış sayı: 352 dəfə • Şərh yoxdur

Yaxın günlərdə Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Rənglərin dili ilə” gənc rəssamlara dəstək layihəsi çərçivəsində gənc rəssamların rəsm əsərlərindən və bioqrafiyalarından ibarət dərgi çap olunacaq.

Layihənin icraçısı Vüsal Məmmədov bildirib ki, bu layihə iki istiqaməti əhatə edir: “Birinci istiqamət gənc rəssamların sərgisinin təşkili, ikinci istiqamət isə həmin rəssamların əsərlərinin və bioqrafiyalarının toplandığı nəfis dərginin çapını nəzərdə tutur. Ötən ay Sumqayıt Rəsm Qalereyasında gənc rəssamların əsərlərinin sərgisi təşkil edildi. Dərgi də artıq çapa hazırdır, mətbəə prosesi bitdikdən sonra 3000 tiraj şəhərin idarə və müəssisələrinə, şəhər ictimaiyyətinə pulsuz olaraq paylanacaq”.

Qeyd edək ki, layihənin məqsədi gənc rəssamların istedadlarının üzə çıxarılması, onların yaradıcılıqlarının ictimailəşdirilərək stimullaşdırılması və rəssamlıq sənətinin inkişafına fayda verməkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın