Menu
Geri İrəli

Sumqayıtda “Gənclər şəhərinin palitrası” sərgisi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2015 • Baxış sayı: 676 dəfə • Şərh yoxdur
Share Button
medeniyyet-resmSumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılğı ilə “Gənclər şəhərinin palitrası” adlı sərgi  keçirilib. Xeberle.com-un məlumatına görə, sərginin keçirilməsində məqsəd Sumqayıt şəhərinin gənc nəslin rəssamlarının incəsənətə olan marağını artırmaqdır. Onların əsərlərinin təhlili göstərir ki, onlar qədim tarixə və zəngin ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin layiqli davamçılarıdır.Sərgini giriş sözü ilə açan qalereyanın direktoru Ellada Həsənova sərginin gənclər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Qalib Qasımov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarov və Xətai Sənət Mərkəzinin rəhbəri Zahid Əvəzov çıxış edərək gənc rəssamları ürəkdən təbrik edib, onlara uğurlar arzulayıblar.Sərgidə müxtəlif texnikada işlənmiş ümumilikdə 45 əsər nümayiş olunub. Onlardan 39 ədəd rənggarlıq, 1 ədəd qrafika, 1 ədəd heykəltaraşlıq nümunələri sənəntsevərlərin ixtiyarına verilib.
S.Rüstəmov adına 3 saylı UİM-in müəllim və şagirdləri fortepiano və skripkada məşhur yerli və xarici bəstəkarların əsərlərini səsləndiriblər.Tədbirdə mədəniyyət müəssisələrinin rəhbərləri, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın