Menu
Geri İrəli

Sumqayıtda keçirilən plener şəhər əhalisinin marağına səbəb olub

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Yanvar 2016 • Baxış sayı: 515 dəfə • Şərh yoxdur

Yanvarın 22-də Sumqayıtda “Yurdumuzu qarış-qarış gəzək” adlı plener keçirilib. Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan tədbirdə Nəvai Metinin rəhbərliyi ilə Aktiv Rəssamlar Qrupunun üzvləri Nəsimi adına mədəniyyət və istirahət parkında rəsm əsərləri yaradıblar.

Sumqayıtda ilk dəfə keçirilən bu tədbir şəhər əhalisinin böyük marağına səbəb olub. Nevai Metin, Naqiyə Rzayeva, Əbdüləmi Əliyev, Aynurə Mustafayeva, Akif Amirov, Akif Yarışovun çəkdiyi rəsm əsərlərinin sərgisi Sumqayıt Dövlət Rəsm Qalereyasında keçiriləcək.

Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov rəssamlarla görüşərək maraqlı tədbirə görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu tədbirlərin keçirilməsi insanları az da olsa gündəlik qayğılarından ayırır, sənətə, sənətkara qarşı marağın artmasına, şəhərdə mədəni həyatın canlanmasına səbəb olur. Sənətin təbliğində belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayan M.Şükürov, rəssamlara yaradıcılıq işlərində uğurlar arzulayıb.

Həmin gün Bakı Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov da Sumqayıt Dövlət Rəsm Qalereyasının qonağı olub və sumqayıtlı rəssamlarla birgə gələcək planlar barədə müzakirələr aparıb.

14534783871292745249_1000x669 14534783871678410911_1000x669 14534783875188437749_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın