Menu
Geri İrəli

Sumqayıtda “Odlar yurdu Azərbaycan” adlı rəsm müsabiqəsi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2017 • Baxış sayı: 235 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Rəsm Qalereyasında təşkil olunan “Odlar yurdu Azərbaycan” adlı müsabiqədə 14-17 yaşarası məktəblilər rəsm üzrə qabiliyyətlərini nümayış etdiriblər. Müsabiqə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Komitəsinin, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşəbbüsü ilə reallaşıb.

Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova AZƏRTAC-a bildirib ki, müsabiqənin keçirilməsində məqsəd istedadı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, sənət mübadiləsi yaratmaq, gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir.

Müsabiqədə Sumqayıt şəhər Bülbül, Ə.Bakıxanov və S.Rüstəmov adına uşaq incəsənət məktəblərinin, Nizami Gəncəvi adına kitabxana klubunun, Sumqayıt Dövlət Rəsm Qalereyasının və “Nigart Studiya” rəsm dərnəyinin şagirdləri, Uşaq Yaradıcılıq və Yeniyetmələr Mərkəzinin, Dostluq və Şəhər Mədəniyyət Evinin, həmçinin Abşeron, Xızı, Qubadlı rayon mədəniyyət evlərinin dərnək üzvləri, eləcə də Saray və Qobu uşaq incəsənət məktəblərinin şagirdləri iştirak ediblər.

Müsabiqəyə 4 rayon və şəhərdən 45 şagird qatılıb. Onların rəsm əsərləri münsiflər heyəti tərəfindən fərqləndirilib.

Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov qalibləri diplom və hədiyyələrlə mükafatlandırıb.

Tədbirdə musiqi nömrələri səsləndirilib.

1488633429174473479_1000x669 14886334293577920420_1000x669 14886334295780610396_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın