Menu
Geri İrəli

Sumqayıtda “Qış lövhələri” adlı əyləncəli tədbir keçirilib -FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2016 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində “Qış lövhələri” adlı əyləncəli tədbir keçirilib.

Tədbirdə balaca oxucular qış mənzərələrini əks etdirən əl işləri hazırlayıblar. Rəngli kağızlardan və küknar ağacının qozalarından istifadə olunaraq hazırlanan əl işləri uşaq şöbəsi tərəfindən sərgilənib.

Kitabxanada növbəti tədbir NAKO Edu club tədris mərkəzi ilə birgə baş tutub. “Sehirli kitabların yaşadığı ev “adlı tədbirdə nağıl qəhrəmanları Cırtdan, Göyçək Fatimə və Tıq-tıq xanım tərəfindən qarşılanan qonaqları şöbənin müdiri Yeganə Hüseynova salamlayıb və kitabxana haqqında məlumat verərək onları böyük və kiçik abonement, qiraət zalı, multimedia və nağıl otaqları ilə tanış edib.

Nağıl otaqında balaca qonaqlara nağıl qəhrəmanları Cırtdan və Göyçək Fatimə Azərbaycan xalq nağıllarını oxuyub, əyləncəli oyunlar keçiriblər.

Daha sonra oxu zalında qonaqlar cizgi filmi izləyib, oxucuların əl işlərindən ibarət hazırlanan “Qış lövhələri” sərgisi ilə yaxından tanış olublar.

Sonda NAKO Edu club tədris mərkəzinin müəllimləri əməkdaşlıq və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib və əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıblar.

15310629_1959518447608647_8107536_n 15355968_1959518454275313_1445645771_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın