Menu
Geri İrəli

Sumqayıtda rəsm sərgisi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2015 • Baxış sayı: 550 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası və C.Cabbarlı adına mədəniyyət evinin birgə təşkilatçılığı ilə C.Cabbarlı adına mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin rəsm sərgisi keçirildi. Sərgidə 70-ə yaxın əl işləri nümayiş olundu.
Sərginin keçirilməsində məqsəd körpə fidanları təbrik etmək, vaxtlarının rəngarəng və maraqlı keçirilməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, rəssam Orxan Əhmədovun rəhbərlik etdiyi dərnəyin şagirdlərihəmçinin 32 rayonun 163 nəfər iştirakçısının arasından fəxri fərmana layiq görülmüş və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin nəşr etdiyi “Azərbaycançılıq və milli şüur ideyası” adı altında rayon mədəniyyət evi dərnək üzvlərinin sərgi müsabiqəsinin kataloqunda rəsm işləri əks olunmuşdur.
Sərgidə iştirak edən Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov kiçik rəssamları salamlayaraq onları sərgi münasibətilə təbrik etdi. O, belə sərgilərin keçirilməsini tədqirəlayiq hal hesab edərək bildirdi ki, bu cür sərgilər uşaqların təfəkkürünə, onların dünya görüşünün formalaşmasına, mənəvi dünyasının zənginləşməsinə çox böyük köməklik göstərir. O vurğuladı ki, bu rəsm əsərlərilə tanış olduqda bir daha əmin oldum ki, bizim rəssamlıq sənəti etibarlı əllərə ötürülür.

Çıxışında Sumqayıtın mədəni həyatı ilə bağlı fikirlərini bildirən M.Şükürov bildirdi ki, Sumqayıtda çox güclü mədəniyyət işçilərindən ibarət bir ordu var və mən bu ordunun gücünə bələdəm. Biz birgə bütün problemlərin ohdəsindən gələcək, Sumqayıtda mədəni həyatın dirçıəlməsinə bərabər çalışaçağıq. Sumqayıt rəssamları ilə görüşün keçiriləcəyini vurğulayan M.Şükürov Sumqayıtlı rəssamların əsərlərindən ibarət sərginin yaxın zamanlarda keçirilməsi iıə bağlı göstərişlərini verdi.
Sonda sərgi ilə tanış olan Mehman Şükürov kiçik rəssamlarla xöş söhbət etdi, onlara hər cür koməklik göstərəcəyini bildirdi və noyabrın 20-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin “Azərbaycancılıq və milli şüur ideyası” adı altında rayon (şəhər) Respublika Bayraq Gününə həsr olunmuş sərgi-müsabiqədə yer tutan mədəniyyət evi dərnək üzvlərinə: Ömər Məmişzadə, Aysun Mehdiyeva, Gövhər Kərimova, Samirə Əzizova, Aytac Rüstəmli, Nilufər Qəhrəmanova, Xasay Məmişzadəyə Həvəsləndirici diplomlar, dərnəyin rəhbəri Əhmədov Orxan Reyşad oğluna Fəxri Fərman təqdim etdi.

12243392_1525508134435667_3549033470278247075_n (2) 12247191_1525507291102418_2364040417447834920_n 12249870_1525507351102412_3886164390463616816_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın