Menu
Geri İrəli

Sumqayıtda rəssamlar qrupunun sərgisi keçirilib- FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2016 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur

12688020_1561400730846407_2474958044681241154_n

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən sumqayitxeber.com-a verilən məlumata görə Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası, Uluslararası Aktiv Rəssamlar Birliyi və Femin Art Beynəlxalq Qadın Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Yurdumuzu qarış-qarış gəzək” aktiv rəssamlar qrupunun “Yurdumuzun rəngləri” adlı sərgisi keçirilib.
Sərginin keçirilməsində məqsəd etüd zamanı çəkilmiş rəsmlərin satışından gələn gəlirin müəyyən hissəsini xeyriyə işlərinə xərcləmək, uşaq və qocalar evinə yardım etməkdir.
Sərgidə ümumilikdə 97 əsər nümayiş olunub. Onlardan 3 ədəd qrafika, 3 ədəd xəz dəri üzərində işləmə, 5 ədəd batika, 7 ədəd foto və 79 ədəd rəngkarlıq növündə işlənmiş əsərlərdir.
Sərgidə Gülər Fahad, Əbdüləmi Əliyev,Akif Yarişov, Oktay Əliyev, Nəvai Mətin, Naqiyə Rzayeva, Pərviz Əsədov, Aynurə Mustafayeva, İradə Qədirova, Akif Amirovun əsərləri nümayiş olunub.
Sərgini giriş sözü ilə açan Sumqayıt Dövlət rəsm Qalereyasının direktoru Ellada Həsənova rəssamları təbrik edib, yaradıcılıq uğurları arzulayıb. Daha sonra Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək belə sərgilərin şəhərimizin mədəni həyatında oynadığı roldan, rəssamlıq sənətinə marağın artmasından danışıb. O, bildirib ki, bundan sonra da belə tədbirlərin keçirilməsi vacib və zəruridir.
Uluslararası Aktiv Rəssamlar Birliyinin sədri Nəvai Metin tədbirə qatılanlara və sumqayıtlılara verdikləri dəstəyə görə təşəkkür edib və bildirib ki, bu tədbir sübut etdi ki, xalqın incəsənətə marağı böyükdür. İstənilən bölgədə biz bu sevgini, hörməti hiss etdik. Sumqayıtda da eyni isti münasibətin şahidi olduq. Buna görə hər birinizə təşəkkür edirik.
Tədbirdə Əməkdar rəssam Asif Azərelli, Əməkdar İncəsənət Xadimi, sənətşünas Ziyadxan Əliyev, xalçaçı rəssam Fazil Abasquluzadə, Dərbənd Xeyriyyə Cəmiyyətinin Vitse Prezidenti Nurulla Əliyev, Qızıl Aypara Cəmiyyətinin sədri Mətanət Məhərrəmova çıxış edərək öz ürək sözlərini bildirib, rəssamlara daima dəstək olduqlarını qeyd ediblər.
Sonda Nəvai Metin Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürova verdiyi dəstəyə, göstərdiyi diqqətə görə təşəkkür edib və birlik adından hədiyyə, sərgidə əsərləri nümayiş olunan gənc rəssamlara diplomlar təqdim edilib.
Tədbir Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin solistlərinin ifası ilə davam edib.
Sərgi 1(bir) həftə davam edəcək.

12647294_1561400584179755_8763428295151549268_n 12669509_1561400920846388_905059153201060920_n 12670168_1561400450846435_4134260471740288707_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın