Menu
Geri İrəli

Sumqayıtda Səməd Vurğunun 110 illik yubileyi keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2016 • Baxış sayı: 807 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən xeberle.com-a verilən məlumata görə Sumqayıtda Şəhər Mədəniyyət Evi və S.Vurğun adına Mərkəzi Kitabxanın birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 110 illik yubileyi münasibətilə tədbir keçirilib.Tədbirdə AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan Səməd Vurğun yaradıcılığı haqqında məlumat verib.

Daha sonra mədəniyyət evinin “Xəyal” instrumental ansamblının müşayiəti ilə müğənnilər Allehverdi Xəyal,  Mehdi Yusifov, Kamil Ağazadənin ifasında  xalq və bəstəkar  mahnıları,  ansamblın solisti Elşən Quliyevin ifasında ruhani havası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Meyxanaçı Ədalət Dağlının ifası və  “Xəzər ulduzları” rəqs ansamblının üzvü Nərgiz Əliyevanın ifasında milli rəqs nümunələri tədbiri daha da rövnəqləndirib.
Tədbirdə şairin əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub.

Sumqayıtda  Səməd Vurğunun 110 illik yubileyi keçirilib - FOTOLAR

Sumqayıtda  Səməd Vurğunun 110 illik yubileyi keçirilib - FOTOLAR

Sumqayıtda  Səməd Vurğunun 110 illik yubileyi keçirilib - FOTOLAR

 

Sumqayıtda  Səməd Vurğunun 110 illik yubileyi keçirilib - FOTOLAR

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın