Menu
Geri İrəli

Sumqayıtda sənədli filmin təqdimatı keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyun 2014 • Baxış sayı: 478 dəfə • Şərh yoxdur

filmDövlət sifarişi ilə çəkilmiş 11 filmin təqdimatı Bakı, Sumqayıt və rayonlarda baş tutacaq
Bakıda “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi keçirilir. Həftə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 19 – 26 iyun tarixində baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, “Salnamə” və “Yaddaş” sənədli filmlər studiyalarında dövlət sifarişi ilə çəkilmiş 11 filmin təqdimatı Bakı və Sumqayıt şəhərlərində, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar, Xaçmaz rayonlarında təşkil olunacaq. ” 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr olunan kino-baxışlar Rayon Mədəniyyət və Turizm Şöbələri və Bakı Şəhər Kino Xidməti İdarəsi tərəfindən həyata keçiriləcək.

“Milli qəhrəmanlar” sənədli filmlər həftəsinə həsr olunan mətbuat konfransı 18 iyun, saat 12.00-da, Nizami Kino Mərkəzində keçirilib. Mətbuat konfransında sənədli filmlərin müəllifləri, rejissorlar iştirak ediblər.

 

25 iyun 2014-cü il tarixində, Sumqayıt şəhərində Milli Qəhrəman Mətləb Quliyevə həsr olumuş “Həsrətlə cənnətə qovuşanlar” adlı filmin təqdimatı keçiriləcək.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın