Menu
Geri İrəli

Sumqayıtda silsilə tədbirlər keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2017 • Baxış sayı: 432 dəfə • Şərh yoxdur
1496391404_9Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirilib.
Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər Nəsimi adına Mədəniyyət və istirahət parkında keçirilən bayram tədbirində N.Nərimanov adına Mədəniyyət Mərkəzinin, “Dostluq” mədəniyyət evinin, Şəhər Mədəniyyət Evinin və 4 saylı Diyarşünaslıq klubunun rəsm dərnəyi üzvlərinin sərgisi nümayiş olunub.
Tədbirdə N.Nərimanov adına mədəniyyət mərkəzinin “Dəcəllər” rəqs qrupu, C.Cabbarlı adına mədəniyyət evinin “Turan” rəqs qrupu, “Dostluq” mədəniyyət evinin “Şahinlər” rəqs qrupu, Şəhər Mədəniyyət Evinin “NİCE” rəqs qrupu, “Xəzər ulduzları” mahnı və rəqs ansamblının ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertdə gənc solistlər Pənah Məmmədov, Kamil Ağazadə, Zaur Yusifli, Sevda Akkayanın ifasında xalq və bəstəkar mahnlıları, popurilər dinlənilib. Tədbirin sonunda mədəni-kütləvi tədbirlərdə iştirakına görə bir sıra mədəniyyət işçiləri N.Nərimanov adına mədəniyyət mərkəzi tərəfindən fəxri fərmanla təltif olunublar. Sumqayıt Dövlət Rəsm Qalereyası və Ə.Bakıxanov adına UİM-in birgə təşkilatçılığı ilə keçirilən tədbbirdə məktəbin rəsm sinfinin şagirdlərinin 130-a yaxın əl işlərindən ibarət sərgisi nümayiş olunub.
Daha sonra çıxış edən məktəbin direktoru Vaqif Süleymanov, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, məktəbin rəsm müəllimi Nəsibə Şükürova balaca rəssamların qazandığı uğurlardan danışıb, yeni nailiyyətlər arzulayıblar. Məktəbin müəllim və şagirlərindən ibarət musiqi kollektivi tədbirə öz mahnı töhfələrilə rəng qatıblar. Uşaqların Beynəlxalq Müdafiaəsi günü ilə bağlı daha bir tədbir Sumqayıt Plaza Hoteldə gerçəkləşib. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi, Cahan ART studiyanın (rəhbər: Nigar Novruzova) təşkilatçılığı ilə keçirilən tədbirdə 47 uşağın 100-ə yaxın əl işlərindən ibarət sərgi nümayiş olunub. Tədbirlərə qatılan Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov uşaqlarla səmimi söhbət edib, bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıtda silsilə tədbirlər keçirilib - FOTOLAR

Facebook Şərhləndirmə:

Şərhinizi yazın