Menu
Geri İrəli

Sumqayıtda tematik gece keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 May 2016 • Baxış sayı: 758 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər 6 saylı folklor klubunda Laçın rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş tematik gece keçirilib. Tədbiri 39 saylı orta məktəbin tarix müəllimi Nicat Həbibov açaraq Laçın rayonunun işğalı haqqında ümumi məlumat verib, mühazirə oxuyub.  Daha sonra təsbir iştirakçıları, Rafael Laçınlı, Ibrahim İlyasli, Asif Asiman, Elburus Qayalı çıxış edərək erməni məkri, onların Azərbaycana vurduğu zərbələr, xalqımıza yaşatdığı fəacilər haqqında fikirlərini bildiriblər.

M.Ə.Sabir adına kitabxananın fəal oxuyucularının ifasında vətənə həsr olunmuş şeirlər,  F.Əmirov adına 5 saylı uşaq musiqi məktəbinin müəllimləri Məlahət Şirinova, Vuqar Nəcəfovun ifasında muğam parçaları, gənc müənni Ceyhun Əhmədovun ifasında vətənpərvərlik ruhunda musiqi nömrəsi tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.

13220152_1618722521780894_1246665267_n 13219847_1618722525114227_2084289397_n 13220152_1618722488447564_1601529916_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın