Menu
Geri İrəli

Sumqayıtda uşaq və yeniyetmələrin rəsm sərgisi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2017 • Baxış sayı: 413 dəfə • Şərh yoxdur

Sumqayıtda “Cahan Art-studio”nun təşkilatçılığı ilə “Həyatı bizimlə sevin” adlı uşaq və yeniyetmələrin rəsm sərgisi keçirilib. “Sumqayıt Plaza Hotel”ində keçirilən və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən tədbirdə 100-ə yaxın rəsm əsəri, şüşə və daş üzərindəki əl işləri sərgilənib.
Qeyd etmək lazımdır ki , “Cahan ART- studio”nun rəhbəri, tərtibatçı-rəssam Nigar Arifqızının təşkilatçılığı ilə ilk dəfə keçirilən bu sərgidə 46 balaca rəssamın 70-ə qədər əl işi və rəsm əsəri təqdim olunub. Sumqayıt musiqi məktəblərinin şagirdlərinin ifaları tədbirə əlavə rəng qatıb.
Eyni zamanda, Sumqayıtın fəal qadınlarından İndira Şəmsizadə, sumqayıtlı peşəkar rəssam, Rəssamlar İttifaqının üzvü İntiqam Ağayev, Aydın Əsgərov, art menecer İqbal Həsənəlizadə, Uşaq və Gənclər İdman məktəbinin direktoru Fuad Aslanov və başqaları tədbirdə çıxış edərək uşaqlara yaradıcılıq uğurları arzulayıblar.

1149_5.6.2017.29 2017_06_05_658054_5.6.2017.28 6604_5.6.2017.31

Facebook Şərhləndirmə:

Şərhinizi yazın