Menu
Geri İrəli

Sumqayıtda Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Fevral 2016 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər mədəniyyət evlərində və klub müəssisələrində Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

N.Nərimanov adına mədəniyyət mərkəzində özfəaliyyət kollektivi üzvlərinin ifasında muğamlar, segahlar dinlənilib, şeir nümunələri səslənib. Tədbirdə Xocalı faciəsini əks etdirən kadrlar nümayiş olunub.

Səhnədə şəhidlərin xatirəsinə şam yandırılıb, qərənfillər düzülüb.

“28 May” diyarşünaslıq evində baş tutan tədbirdə faciəni əks etdirən foto-stend nümayiş olunub. Diyarşünaslıq evində fəaliyyət göstərən “Xalq teatrı” nın kollektivinin ifasında “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya tamaşaçılara təsirli anlar yaşadıb. Tədbirdə “Xocalı fəryadı” filmindən kadrlar nümayiş olunub.

C.Cabbarlı adına mədəniyyət evində keçirilən tədbirdə bədii qiraət dərnəyi üzvlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər,  özfəaliyyət kollektivi üzvlərinin ifasında muğam və segahlar, o cümlədən İbrahim Məcidlinin gitarada ifası tamaşaçıları duyğulandırıb. Tədbirdə rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.

Şəhər Mədəniyyət Evində də faciə qurbanları anılıb. Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında nümayiş olunan “Gözü yolda qalan Xocalım” adlı ədəbi-bədii kompozisiya tamaşaçılara duğulu anlar yaşadıb. Tədbirdə faciəni əks etdirən kitabların, mədəniyyət evinin “Rəssamlıq” kursunun üzvlərinin əl işlərindən ibarət sərgisi keçirilib.

Corat qəsəbə mədəniyyət evi də 7 saylı orta məktəbdə tədbir keçirib. Mədəniyyət evinin öfəaliyyət kollektivi tərəfindən “Xocalı unudulmaz faciədir” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub, faciəyə həsr olunmuş şeirlər ifa edilib.

“Gənclik” şəhər klubu “İstedad” liseyində keçirdiyi tədbirdə klubun özfəaliyyət kollektivi “Layla, Xocalım layla” adlı mədəbi-bədii kompozisiya nümayiş etdirib. Mədəniyyət və təhsil işçiləri tədbirdə çıxış edərək faciə haqqında öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, “Dostluq” mədəniyyət evində də anım günü keçiriləcək, ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək.

12736165_1570200439966436_1151503589_n 12736227_1570442826608864_850463567_n 12784347_1570442936608853_1750395800_n

 

 

Sumqayıt şəhər

Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın