Menu
Geri İrəli

Sumqayıtın incəsənət ustaları əsgər və zabitlər qarşısında

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2016 • Baxış sayı: 936 dəfə • Şərh yoxdur

sumqayitxeber.com verir ki,  “N” saylı hərbi hissənin yaranmasının 24-cü ildönümü münasibətilə Sumqayıtın bir sıra mədəniyyət müəssisələrinin təşəbbüsü ilə incəsənət ustaları əsgər və zabitlər qarşısında çıxış ediblər.

Şəhər Mədəniyyət evi, Cəfər Cabbarlı adına mədəniyyət evi  və Corat qəsəbə mədəniyyət evinin özfəaliyyət kollektivləri  musiqi nömrələri ilə hərbçilərimizi təbrik ediblər.

Gənc müğənnilər Zaur Yusifli, Kamil Ağazadə, İlkin Əlizadə, Pənah Məmmədov, Elvin Qasımov, Aqil Heydərli, Tünzalə Əliyeva, Sevda Akkaya, Sunay Sultan, Aysel Həsənzadənin ifasında vətənpərvərlik ruhu aşılayan mahnılar, gənc aşıq Səbinə Gədəbəylinin ifasında saz havaları, “Turan” rəqs kollektivinin çıxışı əsgər və zabitlərimiz tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda hərbi hissə rəhbərliyi kollektivlərə maraqlı konsert proqramına görə təşəkkür edib, fəaliyyətlərində uğurlar arzulayıblar.

13236272_1619753475011132_1569123805_n 13233191_1619750851678061_888507197_n 13236125_1619753338344479_137092299_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın