Menu
Geri İrəli

Sumqayıtın mədəniyyət müəssisələrində tədbirlər keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 10 May 2016 • Baxış sayı: 463 dəfə • Şərh yoxdur

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mədəniyyət müəssislərində silsilə tədbirlır keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidmətindən Xeberle.com-a  verilən məlumata  görə, ”28 May” Mədəniyyət evində keçirilən “Sən elə bir zirvəsən!” adlı musiqili tədbirdə Ə.Kərim adına “Poeziya” klubunun direktoru, şair İbrahim İlyaslı, Heydər Əliyev Mərkəzinin əməkdaşı Mətanət Əvəzli çıxış edərək umummilli liderin həyat və fəaliyyəti, o cümlədən, mədəniyyətə və şəhərimizə qayğısı haqqında məlumat verib.
Tədbirdə həmçinin mədəniyyət evində fəaliyyət göstərən “Xalq Teatrı” kollektivinin üzvlərinin ifasında ulu öndərə həsr olunmuş şeirlər, mədəniyyət evinin “Yeni Sumqayıt “ansamblının  solistləri Gülcənnət Həmzəyeva və  Pərviz Gümüşovun  ifasında səslənən mahnılar  tamaşaçılar tərəfindən maraqla qarşılanıb.Uşaq İncəsənət və musiqi məktəblərində də yubiley tədbirləri keçirilib.
F.Əmirov adına UMM-də keçirilən tədbirdə saz ixtisası üzrə I sinif şagirdi Sara Əsədovanın ifasında “Gödəkdonu” saz havası, qarmon ixtisası üzrə IV sinif şagirdi Rəhim Sədiyevin ifasında Ələkbər Tağıyevin “Azərbaycan” mahnısı tədbiri daha da rövnəqləndirib.  Bundan əlavə, tədbirdə şagirdlərin ifasında ulu öndəri vəsf edən şeirlər söylənilib, haqqında geniş məlumat verilib.
S.Rüstəmov adına UİM-də keçirilən tədbirdə ümummilli liderin həyat və fəaliyyəti haqqında məlumat verilib, onun dövlət quruculuğu sahəsində gördüyü işlərdən danışılıb.Q.Qarayev adına uşaq musiqi məktəbində yubiley münasibətilə yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə məktəbin direktoru İlham Məmmədov açıb. Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Ulu öndərin keçdiyi həyat yolu barədə məlumat verilib.
YAP Sumqayıt şöbəsinin şura üzvü, “Xəzər” Səhmdar cəmiyyətinin sədri Qüdrət Kərimov tədbirdə iştirak edib və ulu öndərlə bağlı xatirələrindən danışıb.




Facebook Şərhləndirmə:

Şərhinizi yazın