Menu
Geri İrəli

Sumqayıtlı gənc yazar “Məcnunxana”nı oxuculara təqdim etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2016 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

Gənc yazar Çinarə Ömray bu günlərdə “Qanun” nəşriyyatı tərəfindən dərc olunan ilk kitabını – “Məcnunxana”nı oxuculara təqdim edib. Yunis Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzində gənc yazıçı Çinarə Ömrayın “Məcnunxana” adlı ilk hekayələr kitabının imza günü keçirilib. Mərasimdə tanınmış ədəbiyyat adamları, gənc yazarlar, oxucular, KİV nümayəndələri iştirak edib. Təqdimatı giriş sözü ilə açan Yunis Əmrə İnstitutu Bakı Türk Mərkəzinin rəhbəri İbrahim Yıldırım qonaqları salamlayıb, müəllifə uğurlar arzulayıb. Daha sonra söz alan müəllif kitabın ərsəyə gəlməsində danışıb. Sonda Çinarə Ömray yeni kitabını imzalayıb. Qeyd edək ki, kitabın redaktoru yazıçı Pərviz Cəbrayıldır.

axar.az gənc yazarın ilk kitabı ilə bağlı təəssüratlarını öyrənib:

- Yeni kitabla oxucularla görüşdün, hansı təəssüratlar var?

- Oxucu deyəndə, əksəriyyəti dostum idi. İndi adamı ancaq dostları oxuyur da. Onların da yazılarım haqda təəssüratları ilə əvvəldən tanış idim. “Oxucularla görüş” deyib o qədər böyütməyək. İmza günü idi, bir az da yuvarlaqlaşdırsaq, dostlarla növbəti bir görüş.

- Kitab müəllifi olmağın sevinci başqa sevinclərdən nə ilə fərqlənir?

- Vallah, mən heç vaxt içdən nəyəsə o qədər sevinə, “bu, mənimdir”, – deyib çox şeyi mənimsəyə bilməmişəm. Elə bil ki, sevinc məndən uzaqdır. Əvvəl deyirdilər, ana olanda bu hissləri yaşayacaqsan. Ana oldum, çox normal bir hal kimi qəbul etdim, deyilənlər olmadı (gülür). Sonra “kitabın çıxsın bu hissləri yaşayacaqsan”, – dedilər. Yəni bildiyiniz son sevinmək ümidim bu kitab idi. O da elə-belə, hiss, sevinc-filan yox idi. Bir az utanmaq var idi. Hamı eyni sualı verirdi: “Niyə qızarmısan?” Mən utananda qıpqırmızı oluram, axı.

- Yaxşı, utancaq qız, gələcək planların haqda nə deyə bilərsən?

- Daha geniş mətnlər üzərində çalışacağam. Bu kitabda redaktorum Pərviz Cəbrayıl idi. Ondan çox şey öyrəndim. Adam tək redaktorluqla kifayətlənməyib, mənə ədəbiyyat dərsi də keçdi. Yazdığım mətnlərə dəfələrlə geri qaytardı məni. Bir çox incəlikləri yenidən işləməyə məcbur etdi. Ona minnətdarlıq hisslərim var. Və yeni yazılarımda ondan öyrəndiklərimi tətbiq etməyə çalışacağam. O ki qaldı kitabımın təqdimatına, doğrudan da, çox maraqsız idi. Bir də kitabım nəşr olunsa, imza günü keçirməyəcəyəm.

cinare cinare2

Facebook Şərhləndirmə:

Şərhinizi yazın