Menu
Geri İrəli

Sumqayıtlı gənc yazarın şeirlər kitabı işıq üzü görüb

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2017 • Baxış sayı: 462 dəfə • Şərh yoxdur

18386522_1375763835806819_1684314484_nŞair Emin Pirinin şeirlər kitabı işıq üzü görüb. “Sağ qalan varmı?!” adlı kitabın redaktoru tənqidçi Əsəd Cahangirdi.

Kitabda əsasən müharibə, sevgi və sosial yönümlü şeirlər toplanıb. Kitab “Ədiblər yayımları” çərçivəsində çap olunub. Bu, eyni zamanda layihənin ilk kitabıdır.

Emin Pirinin kitabdan bir neçə şeirini təqdim edirik:

 

Eşq ayələri

Baxışların məni istədiyi
operaya çevirən drijor,
əlim sinəmdə
himn oxumaq kimidi
Səni səsləmək.

Hər sevirəm kəlmən
“Oxu”,
“Eşqin adıyla oxu” kimi
səslənər qulağımda.
Hər gecə dodaqlarıma qoyduğun
sevgi vəhylərinin
Mən sorğu-sualsız Nəbisi.

Susayarsangecəyarı
Durubşəklinəbaxarsan.
Kəbədivarıtək
Üzümüsürtərəm-yanağın
mənimtövbəyerim.

Sevmək
Samovaraatılanodunparçasıtək
Ürəyimin son çırpıntıları.
Səadəthərsəhər
sevdiyiningözlərindədoğulmaqdı.

Mən “Big Bang” dandoğulmuş
işığına ac qalaktika,
qollarım planet
SənGünəşədolanır.
Sənolmayanda
əllərimiunuduram,
ayaqlarımməndənxəbərsiz
həyətinizdəayaqizlərinisığallayır.

Adam ürəkdənyox
Çiyinlərdənvədizlərdənsevir
Bütünvarlığınlabaşınıqoymağa.

ənçoxsevdiyinsözəçevrilər
körpəşıltaqlığıyladediyi
dəlikəlməsi.

Baxışlarınqəlbimdəimzayeri,
Sənisevməkmöbiüslentidir-
Səndənsənəqaçıram.

Dahasaatlar da geriçəkilmir
birsaatartıqqalasan.
Indi dahaçoxanlayırsan
Şekspirinobrazlarını.
Başınıçıxarıbpəncərədən
qışqırmaqistəyirsən:
Oxumatorağay, oxuma.

inanma
ağzındançıxankəlmələrə,-
Qadınındiliağzındayox,
gözlərindədi.

Tellərindəmaqnitqasırğası,
Barmaqlarımistiqamətiniitirmiş
Kompasəqrəbidirindi.

Sənsizyayınortasında
dişlərimkilsəzəngi.
Iki min ilsonra
Sənsizliyinçarmıxında
yerəenənİsayam…

 

Şəhid oğlunun dedikləri

 

Darıxır

anamın cehizlik ütüsü

Atamın biçənək ətirli

pal-paltarıyçün…

Ütüyə gəlmir ancaq

heç birisi!..

 

Atamdan qalanlar

sandıq vətəndaşı

illərdir qırışmır

Anamın əlləri qırışıb ancaq,

ütümüz də qocalıb.

 

Atamın pal-paltarı

cəzasını çəkir

sandıq küncündə

dərsə hazırlıqsız bir şagird kimi.

 

Gözləyirəm…

iki ilə,

üç ilə …

bəlkə nə vaxtsa…

boyum çata atama.

Geyəm paltarlarını.

yıxam özümü yerdən-yerə,

sürünəm asfalt üstdə,

bəlkə bir az qırış qatam

bəlkə bir az çirkləndirəm

sevindirəm anamın əllərini,

sevindirəm ütümüzü…

 

…Anamı heç elə görməmişdim

Atamı gətirəndə

sıxmışdı əllərini…

camaat görməsəydi

yumruqlardı atamı:

“bu iki yetimə bəs, kim baxacaq?!”

 

…Sonralar

üzümə baxıb,

saçıma əl gəzdirdi

və…

“şəhidlər ölməz” dedi…

 

Yayın gözü açılan kimi

anam yorğan-döşək

çırpır həyətdə.

Gözündə sevgi,

qolunda nifrət.

Çırpır

ürəyinin çırpıntısını,

çırpır atamın yoxluğunu.

 

…Atamın izini,

dizini döyür anam.

Sonra nəsə fikirləşib

gözünü döyür anam…

 

Boşanmış qadın

 

Unudar bütün bəstələri

dünyanın ən dahi dirijoru-

körpə barmaqları.

 

Snayper kimi atar sözlərini

ac pişik kişilər

sürüdən ayrı düşmüş ceyrandı indi,

axşam yeməyidir gözlərində.

 

Səhərədək yanar otağının işığı

Dolandırmaqçün tifili

Ya toxuyar nəsə,

ya da kompüterdə bir yazı.

Qonşu arvadlar yeni “evrika” izində:

Görəsən, niyə yanır işığı?

Hansımızın gecəsini oğurlayıb?!

 

Beləcə,

pıçıltı düşər aralarına,

hamı ərini qoruyar

ondan.

ətrin axtarar onun

hərə öz ərinin pencəyində.

bəlkə…

 

Itin də tamah salmadığı Kazım kişi

yaman dəbə düşüb arvadının gözündə.

 

Söyər gah bəxtini,

gah da ki nəyi…

Qadınlar

kişi qabırğasından yaranıbmış…

Taleyimə, hansı kişinin çürük qabırğası düşüb?

 

Arının şirəsi çıxmış çiçəkdən

qopması kimi

qopar dodaqlarından

ümidi itmiş kəlmələr.

Xəzana çevrilən

keçmiş öpüşlər

gözlərinin yağmuru altında

çürüyər yanaqlarında.

 

daha tez qocalar

nişan barmağı

o birlərindən.

Daha tez qırış salar.

Gizlədər o barmağı həmişə

unutdurar onu

Vaxt gələr, özü də unudar…

 

 

Bu ağ atlı şahzadələr də

bataqlıqdan,

qara atını

ağa boyayıb çıxar qarşısına.

Arzuları  bir tərəfli kapitulyasiya.

 

Fikirdən ayıldır

Körpəsinin kövrək səsi:

Ana, bu bazar ata məni görməyə gələcək?

 

Sıxılarlar bir-birinə

Qadın

Körpəsi

A…yı oyuncağı…

 

H2O

 

Payız…

Xəzan pıçıldayır

ağacın qulaqlarına:

“Gözlə məni yazacan”.

Sən də gözlə məni,

bir başqa qadından doyanacan…

 

Barmaqlarım tellərində yellənər,

yelləncəkdə yellənən

dəcəl uşaqlar kimi.

Sinəndəki cüt göyərçin

qonar dodaqlarıma

ağzımda dən varmış kimi.

 

Hələ,

məktəb illəri…

kimya dərsində

quruyardı boğazım

baxışlarım tutanda

çəhrayı dodaqlarını.

Əllərindən

bir ovuc su istəyən

ürəyimi oxuyardın.

Və…

Lövhəyə iri hərflərlə yazardın:

H2O…

 

Bu gecə yuxum gəlmədi…

Yuxum gəlmir,

barı sən gəl…

Amma barmağında bəxtin saralır,

Indi ki payız deyil.

 

Ölçüləri kiçildilmiş xəritədə

şəhərlərimiz əllərindən

daha yaxındı mənə.

Dayan…

Baxım görüm döyən kimdi

ürəyim yaman döyünür.

Xoş gəlir

bu gələn

sənsizliyə oxşayır…

Sənə demişdim də…

Sənsizlik

“Sən”  “Siz” olanda başlayır…

 

Nə qədər, neçəsən?!

 

Səni sevməyin yanında

Yaşamaq heç nədi, heç nə!

Gərək səni sevəm,

Sevəm

Ürəyi şüşə qabda yox

Elə səndə olan divəm.

 

Adın da mürəkkəbdi,

adın dilimə dəyməz.

Özün demişdin axı,

Adam bəxtindən qaçıb

Gülləyə gələnə dəyməz.

 

Qırmızı şərab kimi

Ölümcül dodaqların,

içkiyə tövbəliyəm

mən yazıq yenə.

Səni qucaqlamaqdı

Kəbədə dövrəm.

 

əynində dodaqlarımın

qarışqa yerişləri,

yer altında metro kimi

dərd altından barmaqlarımın

“stansiya” gedişləri…

hesablaya bildinmi,

bu gediş-gəlişləri?!

 

Sərhədləri itirilmiş

Məmləkətin küncündəyəm.

Daha bu kağız ölkədə

Kiməm ki, kimdən inciyəm.

 

Sağımda sən,

Solumda sən.

De, nə qədərsən,

Neçəsən?!

Bəlkə o qədər sənlərdən

Birin mənimçün keçəsən?

 

Təndir ətirli qız

 

Bu kənd bu dağın balası…

Dağların döşündən axan

Ana südüdü bulaq.

bulaq-giləsindən

Süd sağır bu qız.

 

gözlərində Allahı

gördüyüm qızın

ən gözəl güzgüsüdür

Sevdiyin qadının gözləri.

 

bezib şəhərdən

qaçdığın bu kənddə

indi gözün götürər təndir ətrini.

Kirayə qaldığın bu qəlb sahibi

“Təndir ətirli qız.”

 

Sevəsən,

Sevəsən,

lap ayrılasan

Üzülməyəsən ayrılığa,

Sevinəsən bir sevgi yaşadın deyə.

 

Çəkər gözlərini səndən kəndinə,

Qaralar dünyan,

Bu “şəhər” ürəyinə yağış yağacaq?!

 

Xəyallar bürüyər səni…

Dodaqlarımız arasındakı

bir udumluq havanı

Yarı-yarıya udarıq…

Səni “bic-bic” xəyaldan

diksindirib oyadır

Bu kəndin qısqanc itləri.

 

Mən bir az Sergey Yesenin,

Irana oxşayan bu kənddə sərxoş,

Şəhərli oğlana bel bağlamaz

Bu kəndin qızı,

Uzadar əllərini…

Uzağı bir qurtum sərin su verər.

 

Qaruşaq

 

Qaryağanda
Dahaçoxüşüyər
mağazadasatılmamışuşaqəlcəkləri.

Mənqaradamam,balaca
Mənistiqaram, lap beləimisti.
Üşütməzəllərini
Yumalaovcunda,
At,
At mənisoyuqgöyərçinyuvalarına.

 

Tanıyıram o uşağı
Atasınıniçdiyiaraqşüşələrini
Geri qaytarıbçörəkalanuşaq.
Görmüşəmgözlərində
Dünyanınənkədərlisevincini.
Babasınınverdiyiməktəbxərcliyini
döyülməsindeyə
Atasınaaraqalanuşaq.

 

Tanıyırsan o uşağı,
Baxarkəngüzgüyə
Özündənqocaəlləri
hayqırıbsəningözlərinə:
əllərəlcəksizlikvəçörəksizlikdənyox,
sevgisizlikdənüşüyər….
qaytaruşaqlığımı!

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın