Menu
Geri İrəli

Sumqayıtlı meyxanaçı qardaşlar Şakira ilə eyni səhnəyə çıxa bilmədilər

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2013 • Baxış sayı: 259 dəfə • Şərh yoxdur

“Tı kto takoy, davay dosvidaniya” meyxanasının müəllifləri sumqayıtlı İntiqam və Ehtiram Rüstəmov qardaşlarının Moskva səfəri baş tutmayıb. Bu barədə  Ehtiram məlumat verib: “İyulun 28-də Moskvaya getməli, orada təşkil olunan tədbirə qatılmalı idik. Amma bu səfərimiz təxirə düşdü. Tədbiri təşkil edən prodüser bizə zəng edib söylədi ki, gəlməyin. Layihədə problem yaranıb. Tədbir olan zaman biz sizə xəbər verəcəyik. Amma dəqiq bir vaxt söyləmədilər. Bu səbəbdən də hələ ki, gözləyirik ”.

Qeyd edək ki, bir neçə gün əvvəl meyxanaçı qardaşlar Lent. az-a  iyulun 28-də Moskvaya səfər edəcəklərini və orada dünyaca məşhur Şakira ilə  eyni tədbirdə çıxış edəcəklərini söyləmişdilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın