Menu
Geri İrəli

Sumqayıtlı xalq artisti: “Mən bircə teatr, səhnə və sənət üçün darıxıram, yuxularımda görürəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2017 • Baxış sayı: 408 dəfə • Şərh yoxdur
Share Button

valeh mosu“45 il fasiləsiz teatrda çalışmışam. Teatrsız çox çətindir, nə etmək olar? Sadəcə olaraq dözürəm. Məni heç vaxt seriallarda rol almaq üçün dəvət etməyiblər. Səbəbini bilmirəm”.

Bu sözləri açıqlamasında xalq artisti Valeh Kərimov bildirib.

“Bəxt üzüyü” filminin Moşusu indi serial və filmlərdən şikayətlənib:

“Bəhlul Danəndənin yaxşı bir sözü var: “Qatıqla yağa eyni qiymət vermək olmaz”. Əgər məni şor qiymətində görürlərsə, şor qiymətinə, yağ qiymətində görürlərsə, yağ qiymətinə çağırsınlar. İndi film və serial sektorunda qeyri-ixtisasda olan şəxslər var. Bərbər, tibb bacısı, bir sözlə, hamı filmə çəkilir. Bir aktyor-aktrisalardan başqa… Başa düşmürəm, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti nəyə lazımdır?

Çəkən rejissorlar da təhsil almayıblar. Onlar ancaq gördüklərini reallaşdırırlar. Yaxşı pul qazanırlar. Camaat bir barmaq göstərəndə güləcəksə, eybi olmaz, qoy gülsünlər. Həlim filmlər baxdığın müddətdə yadda qalacaq, sonra unudacaqsan. Ancaq Azərbaycan kinolarını insanlar yadda saxlayır. İndiki kinolardakı ifadələr kəlama çevirilmir”.

Aktyor söyləyib ki, prezident təqaüdçüsü olduğu üçün dolanışı yaxşıdır:

“Mənim dolanışım pis deyil, prezident təqaüdçüsüyəm, 1300 manat pul alıram. Mən bircə teatr, səhnə və sənət üçün darıxıram, yuxularımda görürəm”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın